Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

“Kürü Keçək 2026”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) birgə təşkilatçılığı ilə Mingəçevirdə artıq 5-ci dəfə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib.

Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilib: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı. Bu il ilk dəfə olaraq yarış 2 məsafə üzrə — 350 metr və 1000 metr məsafələrdə təşkil olunub.

350 metr məsafədə 313 nəfər (242 kişi, 71 qadın) üzüb, 304 nəfər (236 kişi, 68 qadın) finişə çatıb; 1000 metr məsafədə isə 88 nəfər (69 kişi, 19 qadın) üzüb, 86 nəfər (68 kişi, 18 qadın) finişə çatıb.

Qaliblərə mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezident Jalə Əhmədova, baş katib Oqtay Atayev və başqaları təqdim ediblər.

Zaur Əliyev, Xaliq İldırımzadə və ASF-nin vitse-prezidenti Dəyanət Sədullayev özləri də üzgüçülük yarışında iştirak ediblər.

Həmçinin yarışa ilk dəfə “Ganja Cup”da mübarizə aparmış Belarus üzgüçüləri qoşulublar.

Nəticələr: https://www.mys.gov.az/az/xeberler/mingecevirde-kuru-kecek-5-aciq-suda-uzme-yarisi-kecirilib

Comments are closed