Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

“Aquatic Palace Mini Water Polo Festival” keçirilib

Bakı Su İdmanı Sarayında baş tutmuş həvəskar turnir gərgin mübarizə ilə yadda qalıb

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında “Aquatic Palace Mini Water Polo Festival” yarışı baş tutub.

Turnirdə ümumilikdə 10 komanda (4 böyük və 6 yeniyetmə) iştirak edib. Yarış boyunca komandalar arasında maraqlı və rəqabətli qarşılaşmalar keçirilib, iştirakçılar yüksək əhval-ruhiyyə və əsl idman ruhu nümayiş etdiriblər.

Yarışın yekununda bütün iştirakçılar sertifikatlarla təltif olunub, qaliblərə isə medal və diplomlar təqdim edilib. Mükafatlandırma mərasimində ASF-nin baş katibi Oqtay Atayev, Su İdmanı Sarayının direktoru Əjdər Abbasov və su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qoran Sabliç iştirak ediblər.

Böyüklər arasında qalib komandalar :

I yer — “Eagles”

II yer — “Panthers”

III yer — “Wolves”

Yeniyetmələr arasında qalib komandalar:

I yer — “Sharks”

II yer — “Sea Lions”

III yer — “Dolphins”

“Aquatic Palace Mini Water Polo Festival” su polosuna marağın artırılması, bu idman növünün kütləviləşdirilməsi və oyunçular arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə təşkil olunub.

ASF tərəfindən su polosunun təbliği və inkişafı istiqamətində bu kimi tədbirlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Comments are closed