Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Dünya Kubokunun əsas rəqəmləri

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında 1-3 oktyabr tarixlərində keçirilmiş Dünya Kuboku bir sıra rekordlarla yadda qalıb. Rəqəmlərə birlikdə nəzər salaq.

“İpək Yolu” adlanan beynəlxalq yarışda 44 ölkədən 216 idmançı mübarizə aparıb. Azərbaycanı turnirdə 15 üzgüçü təmsil edib.

Üç gün davam edən yarışda müxtəlif üzmə növləri və məsafələri üzrə gərgin mübarizə gedib. Yeniyetmə və gənc üzgüçülərdən ibarət Azərbaycan milli komandası turnirdə medal qazana bilməsə də, idmançılar şəxsi nəticələrini yaxşılaşdırmağa müvəffəq olublar. Belə ki, Azərbaycan üzgüçüləri tərəfindən 7 Azərbaycan rekordu və 16 şəxsi rekord yenilənib.

Yarış çərçivəsində beynəlxalq səviyyəli rekord nəticələr də qeydə alınıb. Avstraliya təmsilçisi Kemeron Makevoy 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20,22 saniyə nəticə göstərərək, Dünya Kuboku rekordunu yeniləyib. Rusiyalı Yeqor Kornev isə 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 44,84 saniyə nəticə göstərərək dünya rekorduna ortaq olub.

Dünya Kubokunun yekununda xal prinsipinə əsasən kişilər arasında Yeqor Kornev (Rusiya) birinci, Luk Barr (ABŞ) ikinci, Piter Kutsi (Cənubi Afrika Respublikası) isə üçüncü yeri tutub.

Qadınlar arasında isə Marrit Stenberxen (Hollandiya) qalib olub. Ros Vanotterdayk (Belçika) ikinci, Yu Yitinq (Çin) isə üçüncü pillədə qərarlaşıb.

“İpək Yolu” Dünya Kuboku yalnız idman mübarizəsi ilə deyil, beynəlxalq əməkdaşlıq və ölkələrin idman nümayəndə heyətlərinin bir araya gəlməsi baxımından da əhəmiyyətli tədbir kimi yadda qalıb. Yarış çərçivəsində iştirakçılar üçün müxtəlif tədbirlər və proqramlar təşkil olunub, Bakının tarixi və mədəni irsi ilə tanışlıq imkanları yaradılıb.

Bakı şəhərinin beynəlxalq üzgüçülük yarışına ev sahibliyi etməsi Azərbaycanın idman infrastrukturunun, təşkilati imkanlarının və beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində təcrübəsinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyıb.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyası (World Aquatic) prezidenti Hüseyn Əl-Müsəlləm çıxış ediblər, xüsusi şou nümayiş olunub. Paralel olaraq Su İdmanı Sarayının yanında fan zona fəaliyyət göstərib. Bağlanış günü isə həm də Avroviziya qalibi Nigar Camalın çıxışı ilə yadda qalıb.

ASF yarışın təşkilində əməyi olan bütün qurumlara, idmançılara, məşqçilərə, hakimlərə, könüllülərə, tərəfdaşlara və azarkeşlərə təşəkkürünü bildirir!

🤝 Tərəfdaşlarımız: Botanica Residence | Kensington | RCT | Universal Hospital | Bənövşə Aptek | Haval | Volvo | Maserati | Pakelo | LedAz | Turka MMC | Mobitruck.az

Comments are closed