Üzgüçülük üzrə milli komandamızın üzvləri Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxışını başa vurublar.
Yarışlarda ölkəmizi Süleyman İsmayılzadə və Məryəm Cavadova təmsil edib. Ümumilikdə üç məsafə üzrə mübarizə aparan idmançılarımızın nəticələri:
Süleyman İsmayılzadə
- Sərbəst üsul ilə 400 metr məsafə – 3:59.46 (8-ci yer)
- Sərbəst üsul ilə 200 metr məsafə – 1:53.72 (8-ci yer)
Məryəm Cavadova
- Sərbəst üsul ilə 100 metr məsafə – 1:02.53 (36-cı yer)
Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 150-dən çox ölkədən 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.




Comments are closed