Üzgüçülük üzrə milli komandamız Belarusun Minsk şəhərində keçirilmiş Açıq Üzgüçülük Kubokunda çıxışını başa vurub.
Yarışda ölkəmizi Abdürrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Oqtay Hüseynov, Səid Həmidov və Yeqor Maynitski təmsil ediblər.
Kubokda iştirak etmiş idmançılarımız tərəfindən ümumilikdə 3 medal (1 gümüş, 2 bürünc) qazanılıb və 10 Azərbaycan rekordu yenilənib.
İdmançılarımız tərəfindən qazanılmış medallar:
- Anastasiya Qnusina – sərbəst üsul ilə 1500 metr məsafə (17:22.09) – II yer
- Fatimə Alkərəmova – qarışıq üsul ilə 200 metr mesafə (2:18.01) – III yer
- Abdürrəhman Rüstəmov – sərbəst üsul ilə 100 metr məsafə (48.75) – III yer
Yenilənmiş Azərbaycan rekordları:
- Abdürrəhman Rüstəmov – sərbəst üsul ilə 50 metr məsafə (22.91)
- Abdürrəhman Rüstəmov – batterflay üsulu ilə 50 metr məsafə (23.65)
- Abdürrəhman Rüstəmov – sərbəst üsul ilə 100 metr məsafə (48.99)
- Abdürrəhman Rüstəmov – sərbəst üsul ilə 100 metr məsafə (48.75)
- Fatimə Alkərəmova – qarışıq üsul ilə 100 metr mesafə (1:05.14)
- Fatimə Alkərəmova – qarışıq üsul ilə 200 metr mesafə (2:18.01)
- Fatimə Alkərəmova – brass üsulu ilə 200 metr mesafə (2:39.21)
- Anastasiya Boborıkina – brass üsulu ilə 100 metr mesafə (1:14.65)
- Yeqor Maynitski – brass üsulu ilə 200 metr mesafə (2:09.31)
- Azərbaycan milli komandası – qarışıq üsul ilə 4×100 estafet yarışı (3:47.66)
Qeyd edək ki, Belarus Açıq Üzgüçülük Kubokunda 6 ölkədən 450-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.




Comments are closed