“Üzgüçülük hamı üçün” yarışı 18 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə keçiriləcək.
Yarışda 14 yaş kateqoriyası üzrə (10-11, 12-13, 14-15, 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40, 41-45, 46-50, 51-55, 56-60, 61 və yuxarı yaşlar) 9 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Hər yaş kateqoriyasında ölkə üzrə birinci və ikinci yerləri tutan üzgüçülər türkdilli dövlətlər arasında keçiriləcək “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.
Yarışda iştirak etmək istəyənlər 30 noyabr 2026-cı il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Yarışlar 18 dekabr saat 10:00-da respublikamızda fəaliyyət göstərən və qeydiyyat linkində adları göstərilmiş üzgüçülük hovuzlarında keçiriləcək.
Qeyd: Sağlamlıq haqqında arayış yarış günü saat 08:00-dan 09:00-dək hakimlər heyətinə təqdim edilməlidir.




Comments are closed