Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

ASF “Beynəlxalq Əməkdaşlıq” nominasiyası üzrə mükafata layiq görülüb

Gənclər və İdman Nazriliyi 2025-ci ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib.

“Buta Palace”da keçirilən tədbirdə idman təşkilatlarının və federasiyaların rəhbərləri, media nümayəndələri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib. Ölkə idmanına göstərilən qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə idman ictimaiyyəti adından təşəkkür edən nazir növbəti ildə də idmançılarımıza qələbələr arzulayıb.

Ardınca 2025-ci ilin idman yekunlarını əks etdirən hesabat videoçarxı təqdim olunub. Aparılmış sorğular əsasında müəyyənləşdirilən müxtəlif nominasiyalar üzrə ilin qalibləri mükafatlandırılıb.

Azəbaycan Üzgüçülük Federasiyası beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlərin nəticəsi olaraq “Beynəlxalq Əməkdaşlıq” nominasiyasında 2-ci yerə layiq görülüb. Bundan əlavə, ASF-nin prezindeti Zaur Əliyev tədbir zamanı ilin ən yaxşı idman həkimlərini təltif edib.

Comments are closed