Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Azərbaycan Milli Paralimpiya Komitəsi ilə memorandum imzalanıb

ASF və AMKP paraüzgüçülüyün inkişafı üçün əməkdaşlığı genişləndirirlər.

Azərbaycan Üzgüçülük Federasiyası ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb.

Tərəflər arasında paraüzgüçülük idman növünün inkişafı, idmançılar üçün yaradılan şərait, beynəlxalq yarışlara hazırlıq və inklüziv idmanın təşviqi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə paraüzgüçülüyün inkişafı, fiziki məhdudiyyətli şəxslərin üzgüçülüyə cəlb edilməsi, birgə layihələrin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Memorandumu ARMPK-nin baş katibi Toğrul Rəhimov və ASF-nin baş katibi Oqtay Atayev imzalayıblar.

Comments are closed