Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Triatlon Federasiyası arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.
Memoranduma əsasən, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi nəzərdə tutulur. Həmçinin üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi, üzgüçülüklə məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstəyin göstərilməsi, idmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin məşq və təlim prosesinə cəlb olunması məsələlərində dəstəyin göstərilməsi planlaşdırılır.
Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.








Comments are closed