Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev OCEANMAN-in baş icraçı direktoru Fermin Egido ilə görüşüb. Görüşdə ASF-nin vitse-prezidenti Xaliq İldırımzadə və baş katib Oqtay Atayev də iştirak ediblər. Tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, OCEANMAN açıq suda üzgüçülük üzrə ən böyük və məşhur beynəlxalq yarışlardan biri olaraq, 2015-ci ildən etibarən ABŞ, BƏƏ, Argentina, Peru, İspaniya, İtaliya və Qazaxıstan kimi ölkələrdə keçirilir.








Comments are closed