Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Azərbaycan üzgüçülüyü rəqəmlərdə!

Azərbaycan Üzgüçülük Federasiyası ölkəmiz üzrə qüvvədə olan üzgüçülük rekordlarını ictimaiyyətə təqdim edib. Rekordçuların siyahısı və nəticələri ilə ASF-nin rəsmi saytında tanış olmaq mümkündür.

Belə ki, vebsaytımızın “Sənədlər” bölməsində qadın və kişi idmançıların qısa və uzun məsafələrdə qeydə alınmış bütün rekordları və yarış tarixləri sistemli şəkildə təqdim olunub.

ASF rekordlar bazasını davamlı olaraq təkmilləşdirməyi nəzərdə tutur: yeni nailiyyətlər əldə edildikcə məlumatlar da təzələnəcək. Əgər təqdim olunan məlumatlarda hər hansı uyğunsuzluq görsəniz, saytın “Müraciət” bölməsi vasitəsilə Federasiya ilə əlaqə saxlaya bilərsiniz .

Bu addım Azərbaycan üzgüçülüyünün inkişaf dinamikasını, idmançılarımızın beynəlxalq arenadakı uğurlarını və nəticələrin şəffaf izlənməsini təmin edəcək.

Comments are closed