Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.
Turnirdə 5 dövlət qurumunu təmsil edən 20 kişi və 17 qadın olmaqla, ümumilikdə 37 nəfər bacarığını nümayiş etdirib.

Qadınlar arasında 50 metr məsafəyə üzgüçülük yarışında SOCAR-ın əməkdaşı Liliya Xametova birinci yerə layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri Leyla Əliyeva ikinci, Afaq Sultanova isə üçüncü yeri tutublar.

Kişilər arasında keçirilən 50 metr məsafəyə üzgüçülük yarışının qalibləri Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları olub. Emil İbrahimov birinci, Toğrul Sadıqov ikinci, Məhəmməd Həbibzadə isə üçüncü yeri tutublar.

Estafet yarışlarında qadınlar arasında qalib FHN komandası olub. İkinci yeri SOCAR, üçüncü yeri isə DİN tutub.

Kişilər arasında estafetdə isə birinci yerdə DİN, ikinci yerdə FHN, üçüncü yerdə SOCAR əməkdaşları qərarlaşıblar.

Qarışıq estafet yarışında birinci yeri FHN, ikinci yeri SOCAR, üçüncü yeri isə DİN qazanıb.

Comments are closed