Üzgüçülük üzrə milli komandamızın üzvləri ASF-nin ofisində keçirilmiş maarifləndirici tədbirdə iştirak edib.
Milli Olimpiya Komitəsinin dəstəyi, Azərbaycan Atletlər Komissiyası və Etika Akademiyası arasında imzalanan yeni əməkdaşlıq memorandumu çərçivəsində “Etik və psixoloji bacarıqlarla güclü idmançı” layihəsi istiqamətində Azərbaycan Üzgüçülük Federasiyasında milli komandamızın üzvləri üçün seminar keçirilib.
Layihə çərçivəsində gənc üzgüçülərimizə etik davranış, nitq mədəniyyəti, stressin idarə olunması və psixoloji dayanıqlılıq sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi aşılanıb.









Comments are closed