Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!
Sign Up to get updates & news about us . Get Latest Deals from Walker's Inbox to our mail address.
Üzgüçülük, beynəlxalq standartlara uyğun ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışçının öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa üsullarının hər birində və ya dördü birdən qarışıq olaraq, 50, 100, 200, 400, 800, 1500 metrlərdə fərdi və ya qrup şəklində keçirilən yarışmaya deyilir.
Suya tullanma müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Bu növ 2 növ atlanmadan ibarətdir:
Suya tullanma Olimpiya idman növləri sırasına daxildir.
Bədii üzgüçülük su idman növüdür. Bu növdə idmançılar musiqi sədaları altında idmançılar müxtəlif proqramlar göstərirlər. Onlar həm suyun altında, həm də suyun üstündə müxtəlif hərəkətlər icra etməklə hakimlərin verəcəyi xallar uğrunda mübarizə aparırlar. Sinxron üzgüçülük Olimpiya Oyunları sırasına daxildir. Belə ki, bədii üzgüçülük üzrə mütləq proqram yarışları üçün Dünya Su idmanı Assosiasiyası (World Aquatics) qaydalarına uyğun olaraq uzunluğu 10 və eni 3 metr olan 2 zona istifadə olunur.
Bu uzun məsafələr üçün (200 m. artıq) təbii şəraitdə (açıq hövzədə) nəzərdə tutulmuş üzgüçülükdür. Distansiyaların uzunluğu 5, 10 və 25 kilometr məsafələrə bölünür. Həmçinin 150 km. marafonlarda məlumdur. Böyük məsafələri dəf edərək üzgüçülər müxtəlif üsullardan istifadə edib onları üzmə zamanı dəyişib və həmçinin suda dayaqsız qalaraq qida qəbul edə bilər.
Su polosu iki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Hər hissə 8 dəqiqədən ibarətdir. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan ibarətdir. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su Polosu Olimpiya Oyunları sırasına daxildir. Buna görə də digər su idman növləri kimi vaterpolo da proqram yarışları üçün Dünya Su idmanı Assosiasiyası (World Aquatics) qaydalarına uyğun olaraq keçirilir.