İdman Veteranları İctimai Birliyinin Azərbaycan İdman Akademiyasının akt zalında ilin yekununa həsr edilmiş hesabat tədbiri keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İctimai Birlik tərəfindən bir neçə idman qurumuna təşəkkürnamə təqdim edilib. Azərbaycan Üzgüçülük Federasiyası (ASF) 2025-ci il ərzində idman veteranlarının sosial layihələrinin həyata keçirilməsi, onların ölkə idmanında rolunun və ictimai nüfuzunun artırılması istiqamətində göstərdiyi dəstəyə görə İdman Veteranları İctimai Birliyi tərəfindən təltif edilib.
Qeyd edək ki, cari ilin sentyabr ayında ASF və Birlik arasında idman veteranlarına dəstək və onların zəngin təcrübəsinin gənc idmançılarla görüşlər və motivasiya proqramları vasitəsilə paylaşılması məqsədilə əməkdaşlıq memorandumu imzalanmışdır.
Onu da əlavə edək ki, ASF-nin İcraiyyə Komitəsinin üzvü Şamil Əbdürəhmanov İdman Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvüdür.











Comments are closed