11-13 Aprel tarixlərində Çexiya Respublikasının Ostrava şəhərində keçirilmiş üzgüçülük üzrə Dünya Çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-Prisi keçirilmişdir. Turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın idmançı iştirak etmişdir. Millimiz bu yarışa 3 məşqçi və 9 idmançı ilə qatılmışdır.
Turnirin yekun nəticəsinə əsasən üzgüçülərimiz 2 qızıl, 8 gümüş və 7 bürünc medal qazanmışdır. Medalçılarımız:
• Ramil Vəlizadə – 1 qızıl, 2 gümüş
• Süleyman İsmayılzadə – 1 qızıl, 2 gümüş
• Əbdürrəhman Rüstəmov -2 gümüş, 1 bürünc
• Fatimə Alkərəmova – 2 gümüş, 1 bürünc
• Oqtay Hüseynov – 3 bürünc
• Səid Həmidov – 2 bürünc
Qeyd edək ki, mart ayında milli komandamız uğurla açıq Latviyanın çempionatında çıxış etmişdi.










