Üzgüçülük üzrə milli komandamız İslam Həmrəyliyi Oyunlarına yollanıb. Yarışda ölkəmizi Abdürrəhman Rüstəmov, Anastasiya Boborıkina, Fatimə Alkərəmova, Mehri Əbdürrəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Süleyman İsmayılzadə, Səid Həmidov, Vlastilina Xasyanova və Yeqor Maynitski təmsil edəcəklər. Onları ASF-nin idman direktoru Pyer Ləfonten, müşavir Rəşad Əbdürrəhmanov, üzgüçülük üzrə baş məşqçi Luka Qabrilo və məşqçilər Rəşad Əliyev, Ruslan Hətəmxanov, Teymur Quliyev müşayət edir.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları 7-21 noyabr tarixlərində Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək. Burada 57 ölkədən 3000-dən çox idmançı müxtəlif idman növləri üzrə medallar uğrunda mübarizə aparacaq.





Comments are closed