Aprelin 4-də Azərbaycan idman nümayəndə heyəti Serbiyada keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında iştirak etmək üçün iki xüsusi reyslə yola düşüb.
Yarışın üzgüçülük növündə milli komandanın üzvləri Məryəm Cavadova, Mehri Əbdürəhmanlı, Vlastilina Xasyanova, Amin Oruclu, Ramal Sadıqlı və Fərhad Şirməmmədli çıxış edəcək.
Qeyd edək ki, aprelin 14-dək davam edəcək oyunlarda 18 idman növü üzrə ümumilikdə 191 idmançı idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3×3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş) və atletika (Priboy) üzrə ölkəmizi təmsil edəcək.




