Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

Avqustun 31-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək. Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq “Kürü keçək?!” adlı yarış Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunur.

Sayca 4-cü dəfə təşkil ediləcək yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. İştirakçılar hazırlıq səviyyəsinə uyğun olaraq iki əsas kateqoriya üzrə mübarizə aparacaqlar. “Peşəkarlar” kateqoriyasında 1050 metr, “Həvəskarlar” yarışında isə 350 metrlik məsafə qət ediləcək. Yarışlar 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçiriləcək.

Bu il ilk dəfə olaraq 700 metr məsafəyə estafet yarışı da təşkil ediləcək. Estafet mübarizəsinə qoşulmaq üçün qeydiyyat@bakucitycircuit.com e-mailinə yazmaq lazımdır.

Yarışda iştirak tamamilə ödənişsizdir. Lakin yerlər məhduddur və nəzərdə tutulmuş iştirakçı sayı tamamlandıqda qeydiyyat dayandırılacaq. Bütün iştirakçılar öncədən qeydiyyatdan keçməlidirlər.

Təşkilatçılar tərəfindən iştirakçıların nəqliyyatı və qidalanması təmin ediləcək. Yarışın qaliblərinə diplom, medal və müxtəlif hədiyyələr təqdim olunacaq.

“Qələbəni seç, Kürü keç!” şüarı ilə keçiriləcək yarışa qoşulmaq istəyənlər mayın iyunun 2-dən avqustun 15-dək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://events.smartscoring.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *