Üzgüçülük üzrə milli komandamız qazandığı medal sayını 11-ə çatdırdı.
Azərbaycan üzgüçüləri MDB Oyunlarının 4-cü günündə də uğurlu çıxışlarını davam etdirərək, milli komandamızın aktivinə daha bir gümüş medal yazdırdılar. Süleyman İsmayılzadə qızıl mükafat qazanmış Rusiyalı Aleksandr Filipets-dən cəmi 0.17 saniyə geridə qaldı.
Bu gün fəxri kürsüyə yüksələn üzgüçümüz:
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 800 metr məsafədə
Xatırladaq ki, yarışın əvvəlki günlərində üzgüçülərimiz 10 medal qazanmışdılar:
– Oqtay Hüseynov (qızıl medal) – qarışıq üsulla 400 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 1500 metr məsafədə
– Oqtay Hüseynov (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – qarışıq üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (bürünc medal) – “butterfly” üsulu ilə 100 metr məsafədə
– Anastasiya Qnusina (bürünc medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – “brass” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski, Fərhad Şirməmmədli, Oqtay Hüseynov və Süleyman İsmayılzadə (bürünc medal) – sərbəst üsulla 200 metr məsafədə estafet yarışında
Beləliklə, milli komandamız MDB Oyunlarının 4 günü ərzində ümumilikdə artıq 11 medal əldə edib – 1 qızıl, 5 gümüş və 5 bürünc. Qeyd edək ki, bundan öncə Azərbaycan üzgüçüləri bu yarışlarda medal qazana bilməmişdilər.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində və 12 idman məkanında keçirilir. Üzgüçülük turnirinə Gəncə İdman Sarayı ev sahibliyi edir. Yarışlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edir, üzgüçülük üzrə isə 8 ölkədən 100-ə yaxın idmançı mübarizə aparır.











Comments are closed