MDB Oyunlarının son günündə əldə edilən qızıl medal Azərbaycan üzgüçüləri üçün yarışların simvolik yekunu kimi tarixə düşdü. Bundan əlavə, üzgüçülərimiz daha bir bürünc medal da qazandılar.
Bu gün fəxri kürsüyə yüksələn üzgüçülərimiz:
– Süleyman İsmayılzadə (qızıl medal) – sərbəst üsulla 400 metr məsafədə
– Anastasiya Qnusina (bürünc medal) – sərbəst üsulla 1500 metr məsafədə
Xatırladaq ki, yarışın əvvəlki günlərində üzgüçülərimiz 11 medal qazanmışdılar:
– Oqtay Hüseynov (qızıl medal) – qarışıq üsulla 400 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 1500 metr məsafədə
– Oqtay Hüseynov (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 800 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – qarışıq üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (bürünc medal) – “butterfly” üsulu ilə 100 metr məsafədə
– Anastasiya Qnusina (bürünc medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – “brass” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski, Fərhad Şirməmmədli, Oqtay Hüseynov və Süleyman İsmayılzadə (bürünc medal) – sərbəst üsulla 200 metr məsafədə estafet yarışında
Beləliklə, üzgüçülük üzrə milli komandamız MDB Oyunlarını ümumilikdə 13 medal ilə başa vurdu – 2 qızıl, 5 gümüş və 6 bürünc. Qeyd edək ki, bundan öncə Azərbaycan üzgüçüləri bu yarışlarda medal qazana bilməmişdilər.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində və 12 idman məkanında keçirilir. Üzgüçülük turnirinə Gəncə İdman Sarayı ev sahibliyi etdi. Yarışlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak etdi, üzgüçülük üzrə isə 8 ölkədən 100-ə yaxın idmançı mübarizə apardı.













Comments are closed