Üzgüçülərimiz yarışın birinci gününü 1 gümüş və 2 bürünc mükafatla başa vurub.
Gəncə şəhərində start götürmüş MDB Oyunlarının üzgüçülük yarışlarında 8 ölkədən 84 üzgüçü mübarizə aparır. Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri günü 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Yarışın ilk günündə aşağıdakı üzgüçülərimiz fəxri kürsüyə yüksəlib:
Sərbəst üsulla 1500 metr – Süleyman İsmayılzadə (gümüş medal)
Qarışıq üsulla 200 metr – Yeqor Maynitski (bürünc medal)
“Butterfly” üsulu ilə 100 metr – Mehri Əbdürəhmanlı (bürünc medal)
Qeyd edək ki, üzgüçülük üzrə milli komandamızın üzvləri MDB Oyunları tarixində ilk dəfə medal qazanıblar.
Və xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində keçirilir və müxtəlif idman növlərində iştirakçı ölkələrin idmançılarını bir araya gətirir. Üzgüçülük yarışlarına Gəncə evsahibliyi edir.













Comments are closed