Azərbaycan Üzgüçülük Federasiyasının nutrisioloqu İlqar Şamilov suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvləri və valideynləri üçün sağlam qidalanma və performans mövzusunda seminar keçirib.
Düzgün qidalanmanın əhəmiyyəti, onun enerji səviyyəsinə təsiri, bərpa prosesinin təşkili, məşq intensivliyi və fiziki yüklənmələr nəzərə alınmaqla fərdi qidalanma planlarının hazırlanması müzakirə olunub.
ASF tərəfindən həyata keçirilən bu kimi maarifləndirici tədbirlər yeniyetmə idmançıların sağlam inkişafına və uzunmüddətli uğurlu idman karyerasının formalaşmasına xidmət edir












Comments are closed