Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Su polosu üzrə Azərbaycan milli komandasına seçimlər başlanır!

Seleksiya xarakterli məşqlər 03.11.2025 – 29.11.2025 tarixləri aralığında Azərbaycan Üzgüçülük Federasiyası (ASF) tərəfindən Bakı Su İdmanı Sarayında təşkil olunacaq. Seçimlərə yeni təyin edilmiş baş məşqçi Qoran Sabliç rəhbərlik edəcək. İştirak ödənişsizdir.

İştirakçılar üçün əsas meyarlar:

  • Yaş həddi: 25 (01.01.2000+)
  • Üzgüçülük və topla davranma bacarıqları
  • Azərbaycan Respublikasının vətəndaşlığı

Seleksiyanın nəticələrindən asılı olaraq, ASF-nin elan edəcəyi standartlara əsasən, oğlanlar və qızlar arasında müxtəlif yaş kateqoriyalı milli komandaların formalaşdırılması nəzərdə tutulur.

Məşqlərin qrafiki:

  • 2000-2010 təvəllüdlü oğlanlar: II, IV, VI, saat 20:00-22:00
  • 2010-2013 təvəllüdlü oğlanlar və qızlar: I, III, V günlər, saat 17:00-19:00

Yaxın gələcəkdə ASF tərəfindən milli komandalar üçün planlaşdırılanlar:

  • uniforma ilə təminat
  • yerli və xarici təlim-məşq toplanışları
  • yerli və beynəlxalq yarışlarda iştirak
  • peşəkar həkim, nutrisioloq, massajçı, psixoloq dəstəyi

Həmçinin ölkədə vaterpolonun təbliğatı və inkişafı üçün bir sıra digər layihələr, o cümlədən Azərbaycan Çempionatının keçirilməsi nəzərdə tutulur.

Qeydiyyat 16 noyabr 23:59-a qədər davam edəcək.

Qeydiyyat linki: https://forms.gle/65yUziMnw3hnoMjr5

Comments are closed