“Üzgüçülük hamı üçün” yarışı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə keçiriləcək.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Üzgüçülük hamı üçün” yarışı 20-21 dekabr tarixlərində keçiriləcək.
Açılışı 20 dekabr 12:00 üçün nəzərdə tutulan bu yarış şəxsi xarakter daşıyır. Layihə çərçivəsində bütün ölkə üzrə 15 yaş kateqoriyasında iştirakçılar eyni zamanda öz bacarıqlarını nümayiş etdirəcəklər. Hər yaş kateqoriyasında kişilər və qadınların mübarizəsində I və II yer tutan idmançılar 2026-ci ildə keçiriləcək Türkdilli dövlətlər arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanır.
“Üzgüçülük hamı üçün” layihəsi üzgüçülüyün və sağlam həyat tərzinin təbliği, eləcə də yeni münasibətlərin qurulması və türk dövlətlərinin birliyini tərənnüm etmək məqsədi daşıyır.
Yarışlarda lisenziyalı referilər hakimlik edəcək, qaliblər isə diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.
İlkin qeydiyyat: 20 Noyabr 2025-ci il
Son qeydiyyat: 12 Dekabr 2025-ci il
Qeydiyyat linki:
https://swimming.mys.az/#form





Comments are closed