Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

“Üzgüçülük hamı üçün” yarışına start verilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlığı çərçivəsində “Üzgüçülük hamı üçün” yarışına start verilib.

Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, ardınca Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Çıxışlardan sonra turnirə start verilib. Ölkə üzrə dördüncü dəfə təşkil olunan yarışda 9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı yaş kateqoriyaları üzrə ümumilikdə 1551 iştirakçı mübarizə aparır.

Yarışlar Bakı şəhəri və bölgələrdə yerləşən ümumilikdə 37 üzgüçülük hovuzunda keçirilir.

Qeyd edək ki, yarışa dekabrın 21-də yekun vurulacaq. Hər yaş kateqoriyası üzrə (kişilər və qadınlar) ilk iki yeri tutan idmançılar 2026-cı ildə türk dövlətləri arasında keçiriləcək “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Comments are closed