Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

VI İslam Həmrəyliyi Oyunlarında ilk medalımız

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Süleyman İsmayılzadə VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edərək ölkəmizə ilk medalını qazandırıb.

İdmançımız sərbəst üsulla 1500 metr məsafə üzrə keçirilən final yarışında möhtəşəm performans nümayiş etdirərək bürünc medala sahib olub.

Qələbəsini Zəfər Günündə qazanması bu nailiyyəti daha da mənalı edib. Süleyman İsmayılzadə əldə etdiyi uğuru Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərə həsr edib.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilir. Yarışlarda 57 ölkədən 3000-dən çox idmançı müxtəlif idman növləri üzrə medallar uğrunda mübarizə aparır.

Comments are closed