Üzgüçülüklə bağlı maraqlı 10 fakt.

Üzgüçülüklə bağlı maraqlı 10 fakt.

İnsanlar üzməyə bir neçə minilliklər əvvəl başlayıbla. Bu, əsrlər boyu arxeoloji tapıntılarda qorunub saxlanılan qrafik təsvirlərdən məlumdur. Ancaq qədim zamanlarda üzgüçülük ilk növbədə sağ qalmağa kömək edirdi. XIV əsrdə Venesiyada üzgüçülük yarışları keçirilirdi. Müxtəlif ölkələrdən olan iştirakçılarla ilk rəsmi yarışlar 19-cu əsrdə baş tutub. Bu gün üzgüçülük (müxtəlif məsafələrdə üzgüçülükdən əlavə) daxil olan olimpiya idman növüdür: suya tullanma, sinxron üzgüçülük və su polosu. Saytımız bu idman növü bağlı olan maraqlı 10 faktı diqqətinizə çatdırır:

1. Üzgüçülük kaloriləri yandıran ən yaxşı idman növüdür. Üzməyi bilməsəniz də, ancaq suda aktiv şəkildə hərəkət etsəniz belə, idman zalından daha çox kalori yandıra bilərsiniz.

2. Suda bir insanın çəkisi təxminən 10 dəfə azalır. Buna görə də, üzgüçülük kök insanlarla yanaşı, sağlamlıq vəziyyətinə görə digər idman növləri ilə məşğul olmaq qadağan edilənlərə də tövsiyə olunur.

3. Üzgüçülük üçün ən optimal temperatur dənizdə +23 - +25, su hovuzunda isə 26-27 °C-dir. Daha yüksək dərəcələr bədənə lazımi soyutma vermir.

4. Üzmə prosesində insanda bütün əzələ qrupları işləyir. Bu, əzələləri tək-tək inkişaf etdirən trenajorda  işləməkdən daha təsirli bir yükdür.

5. Üzgüçülük istirahət etmək və streslə mübarizə aparmaq üçün ən yaxşı üsullardan biridir. Mütəxəssislər bunu insanın doğuşdan əvvəl olduğu, qoruyan və qidalandıran maye mühitlə əlaqələndirirlər. Hovuzdakı dərslərdən sonra iştah normallaşır, sağlam yuxu gəlir.

6. Üzməsəniz   belə, bir neçə dəqiqə 20 ° C-ə qədər temperaturda suda dayansanız  qanda hemoglobin artımı əldə edə bilərsiniz. Maye mühitdə aktiv hərəkət ürək döyüntülərinin sayını dəqiqədə 5 dəfəyə qədər artıracaq.

7. Brass üsulu ən qədim üzgüçülük növü hesab olunur. Məhz belə bir texnikanı əks etdirən rəsmlər mağaralarda tapılıb və daş dövrünə aiddir.

8. Daim kroll üsulu ilə üzməklə bel hissənizi azalda və çiyin əzələ qrupunu artırmaqla sonda gözəl, baxımlı bir bədən quruluşu əldə edə bilərsiniz.

9. Arxası üstə kroll üsulunda üzmə  suda enerjiyə qənaət etməyin ən yaxşı üsullarından biridir. Uzun məsafələrdə üzmə zamanı istirahət etmək üçün bu üsula  keçirlər. Bundan xilasedicilər də batan insanlara kömək edərkən istifadə edirlər.

10. Brass üsulu isə əksinə, ən çox enerji tələb edən texnikadır. Yarım saatlıq aktiv brass üsulu ilə üzgüçülük 380 kilokalori yandıra bilər.

 

 


Menyu
menyu