Üzgüçülük üzrə Azərbaycan milli komandası Slovakiyanın Şamorin şəhərində 23 yaşadək idmançılar arasında keçiriləcək Avropa Çempionatına yollanıb. Bu yarışda ölkəmizi Abdürrəhman Rüstəmov, Fatimə Alkərəmova, Ramil Vəlizadə və Rəşad Alquliyev təmsil edəcəklər. Onları milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov və məşqçi Rəşad Əliyev müşayət edir. Yarışda Avropadan 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.




