Suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komanda Bolqarıstanda keçiriləcək 12-ci Sofiya Suya Tullanma Kubokuna yollanıb. Bu yarışda ölkəmizi Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil edəcəklər. Onları suya tullanma üzrə milli komandanın baş məşqçisi Anton Melnikov müşayət edir.
Qeyd edək ki, yarışda 11 ölkədən 160-dan çox yenitetmə idmançı mübarizə aparacaq.




