Üzgüçülük üzrə milli komandamız Avropa Gənclər Olimpiya Festivalına (EYOF) yollanıb. Yarışda ölkəmizi Amin Oruclu, Fərhad Şirməmmədli, Mehri Əbdürrəhmanlı, Ramal Sadıqlı və Vlastilina Xasyanova təmsil edəcəklər. Onları üzgüçülük üzrə milli komandanın məşqçisi Yana Xasyanova müşayət edir.
Qeyd edək ki, iyulun 20-dən 26-dək davam edəcək bu mötəbər idman tədbirində 50-dən çox ölkədən 4 mindən çox idmançı və nümayəndə heyətinin iştirakı gözlənilir.




