| Üzgüçülük üzrə milli komandamız Almaniyada keçiriləcək Reyn-Rur 2025 FISU Dünya Universitet Oyunlarına yollanıb. Bu yarışda ölkəmizi üzgüçülərimiz Abdürrəhman Rüstəmov, Fatimə Alkərəmova, Ramil Vəlizadə, Rəşad Alquliyev, Səid Həmidov və Nihad Yusibov təmsil edəcəklər. Onları milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov və məşqçi Rəşad Əliyev müşayət edəcəklər. Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərində keçiriləcək yarışlarda ölkəmiz 12 idman növündə təmsil olunacaq. |




