Avropa Gənclər Olimpiya Festivalında (EYOF) üzgüçülük yarışları başa çatıb. Yarışda iştirak edən idmançılarımız öncəki ən yüksək nəticələrini yeniləməyə nail olublar. Üzgüçülərimizin nəticələri:
Amin Oruclu
Sərbəst üsul ilə 1500 metr məsafə – 17.12.83 (öncəki nəticəsi: 17.26.09)
Qarışıq üsul ilə 400 metr məsafə – 5.01.08 (öncəki nəticəsi: 5.05.93)
“Butterfly” üsulu ilə 100 metr məsafə – 1.04.31 (öncəki nəticəsi: 1.07.20)
Normanı yerinə yetirərək idman ustalığına namizəd dərəcəsi qazanmışdır
Fərhad Şirməmmədli
Sərbəst üsul ilə 200 metr məsafə – 2.06.28 (öncəki nəticəsi: 2.07.33)
Sərbəst üsul ilə 400 metr məsafə – 4.23.76 (öncəki nəticəsi: 4.27.45)
Sərbəst üsul ilə 1500 metr məsafə – 17.23.30 (öncəki nəticəsi: 17.36.09)
Normanı yerinə yetirərək idman ustalığına namizəd dərəcəsi qazanmışdır
Ramal Sadıqlı
Sərbəst üsul ilə 100 metr məsafə – 56.16 (öncəki nəticəsi: 59.51)
Sərbəst üsul ilə 200 metr məsafə – 2.01.93 (öncəki nəticəsi: 2.07.38)
Sərbəst üsul ilə 400 metr məsafə – 4.17.51 (öncəki nəticəsi: 4.26.48)
Normanı yerinə yetirərək idman ustalığına namizəd dərəcəsi qazanmışdır
Mehri Əbdürəhmanlı
Arxası üstə üsul ilə 100 metr məsafə – 1.14.56 (öncəki nəticəsi: 1.17.18)
Vlastilina Xasyanova
Sərbəst üsul ilə 200 metr məsafə – 2.15.60 (öncəki nəticəsi: 2.16.88)
Xatırladaq ki, bu mötəbər idman tədbirində 50-dən çox ölkədən 4 mindən çox idmançı və nümayəndə heyəti iştirak edib.





Comments are closed