Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Gürcüstanın paytaxtında bir sıra görüşlər keçirib.
Tbilisidə Avropa Su İdmanı Federasiyasının (European Aquatics) təşkilatçılığı ilə “İkinci Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) Konfransı” baş tutub. Həmçinin növbəti EA Konqresi keçirilib. Hər iki tədbirdə Azərbaycan Üzgüçülük Federasiyasını baş katib Oqtay Atayev təmsil edib.
Konqresin gündəliyində təşkilati məsələlər, maliyyə hesabatları, 2025/2026-cı illər üçün fəaliyyət planı, Avropa Çempionatlarına dair təqdimatlar, idmançıların sosial məsuliyyəti və inklüziv idman proqramları, eləcə də “Buz üzgüçülüyü” (Ice Swimming) kimi yeni istiqamətlər müzakirə olunub.
Baş katib Gürcüstana səfər çərçivəsində EA prezidenti Antonio Silva, vitse-prezident Erkan Yalçın, Büro üzvləri Kamelia Alina Potek və Erik van Heyninqen, su polosu üzrə idman direktoru Renato Jivkoviç və Almaniya Üzgüçülük Federasiyasının baş icraçı direktoru Yan Pommer ilə görüşlər keçirib.
Xatırladaq ki, bu ilin iyul ayında ASF-nin prezidenti Zaur Əliyev və baş katib Oqtay Atayev Beynəlxalq Su İdmanı Federasiyasının (World Aquatics) Sinqapurda keçirilmiş konqresində də iştirak etmişdilər.










Comments are closed