Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

MDB Oyunları: II gündə daha 4 medal!

MDB Oyunlarının ikinci günündə də uğurlu çıxış edərək, üzgüçülük üzrə Azərbaycan milli komandası Gəncədə daha 4 medal (3 gümüş və 1 bürünc) qazanıb.

Bu gün fəxri kürsüyə yüksələn idmançılarımız:
– Oqtay Hüseynov (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Anastasiya Qnusina (bürünc medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə

Eyni zamanda, komandamızın üzvləri şəxsi rekordlarını da yeniləyiblər:
– Oqtay Hüseynov, “butterfly” üsulu ilə 200 metr – 02:09.55 (əvvəlki rekordu: 02:09.73)
– Süleyman İsmayılzadə, sərbəst üsulla 200 metr – 01:51.54 (əvvəlki rekordu: 01:51.99)
– Mehri Əbdürəhmanlı, “butterfly” üsulu ilə 200 metr – 02:30.74 (əvvəlki rekordu: 02:32.56)
– Anastasiya Qnusina, sərbəst üsulla 400 metr – 04:42.65 (əvvəlki rekordu: 04:51.60)

Xatırladaq ki, yarışın ilk günündə üzgüçülərimiz 3 medal qazanmışdılar:
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 1500 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – qarışıq üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (bürünc medal) – “butterfly” üsulu ilə 100 metr məsafədə

Bundan öncə Azərbaycan üzgüçüləri MDB Oyunlarında medal qazanmamışdılar.

III MDB Oyunları 28 sentyabr tarixindən etibarən Azərbaycanın 7 şəhərində, 12 idman məkanında keçirilir. Üzgüçülük yarışlarına Gəncə İdman Sarayı ev sahibliyi edir. Ümumilikdə 13 ölkədən 1600-dən artıq idmançının iştirak etdiyi Oyunlara oktyabrın 8-də yekun vurulacaq.

Comments are closed