Azərbaycan üzgüçüləri MDB Oyunları tarixində ilk dəfə qızıl medal qazanıblar. Gəncədə keçirilən üzgüçülük yarışlarının 3-cü günündə milli komandamız ümumilikdə 3 medal əldə edib – 1 qızıl, 1 gümüş və 1 bürünc.
Bu gün fəxri kürsüyə yüksələn üzgüçülərimiz:
– Oqtay Hüseynov (qızıl medal) – qarışıq üsulla 400 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – “brass” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski, Fərhad Şirməmmədli, Oqtay Hüseynov və Süleyman İsmayılzadə (bürünc medal) – sərbəst üsulla estafet 200 metr məsafədə
Eyni zamanda, komandamızın üzvləri şəxsi rekordlarını da yeniləyiblər:
– Oqtay Hüseynov, qarışıq üsulla 400 metr – 4:36.52 (əvvəlki rekordu: 4:40.16)
– Yeqor Maynitski, “brass” üsulu ilə 200 metr – 2:18.96 (əvvəlki rekordu: 2:21.45)
Xatırladaq ki, yarışın ilk günündə üzgüçülərimiz 7 medal qazanmışdılar:
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 1500 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – qarışıq üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (bürünc medal) – “butterfly” üsulu ilə 100 metr məsafədə
– Oqtay Hüseynov (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Anastasiya Qnusina (bürünc medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
Beləliklə, milli komandamız MDB Oyunlarının üç günü ərzində ümumilikdə artıq 10 medal əldə edib – 1 qızıl, 4 gümüş və 5 bürünc. Öncə Azərbaycan üzgüçüləri bu yarışda mükafat qazanmamışdılar.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində, 12 idman məkanında keçirilir. Üzgüçülük yarışlarına Gəncə İdman Sarayı ev sahibliyi edir. Oyunlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edir, üzgüçülük turnirində 8 dövləti təmsil edən 100-ə yaxın idmançı mübarizə aparır.

















Comments are closed