Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

ASF-nin prezidenti Zaur Əliyev MDB Oyunlarında medal qazanmış üzgüçülərlə görüşüb

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev idmançıların nailiyyətlərini yüksək qiymətləndirib, qarşıdakı yarışlarda onlara yeni uğurlar arzulayıb.

İdmançıların nailiyyətləri yüksək qiymətləndirilib, ASF prezidenti qarşıdakı yarışlarda onlara yeni uğurlar arzulayıb. Milli komanda üzvləri təəssüratlarını bölüşüblər, məqsədlər və hazırlıq prosesi barədə danışıblar.

İclasda həmçinin federasiyanın vitse-prezidenti Xaliq İldırımzadə, baş katib Oqtay Atayev, idman direktoru Pyer Ləfonten və milli komandanın məşqçi heyəti iştirak edib.

Xatırladaq ki, üzgüçülük üzrə milli komandamız MDB Oyunlarını ümumilikdə 13 medal ilə başa vurdu – 2 qızıl, 5 gümüş və 6 bürünc:
– Oqtay Hüseynov (qızıl medal) – qarışıq üsulla 400 metr məsafədə
– Süleyman İsmayılzadə (qızıl medal) – sərbəst üsulla 400 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 1500 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 800 metr məsafədə
– Süleyman İsmayılzadə (gümüş medal) – sərbəst üsulla 200 metr məsafədə
– Oqtay Hüseynov (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (gümüş medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – qarışıq üsulla 200 metr məsafədə
– Mehri Əbdürəhmanlı (bürünc medal) – “butterfly” üsulu ilə 100 metr məsafədə
– Anastasiya Qnusina (bürünc medal) – sərbəst üsulla 1500 metr məsafədə
– Anastasiya Qnusina (bürünc medal) – “butterfly” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski (bürünc medal) – “brass” üsulu ilə 200 metr məsafədə
– Yeqor Maynitski, Fərhad Şirməmmədli, Oqtay Hüseynov və Süleyman İsmayılzadə (bürünc medal) – sərbəst üsulla 200 metr məsafədə estafet yarışında

Qeyd edək ki, bundan öncə Azərbaycan üzgüçüləri bu yarışlarda medal qazana bilməmişdilər.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində və 12 idman məkanında keçirilir. Üzgüçülük turnirinə Gəncə İdman Sarayı ev sahibliyi etdi. Yarışlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak etdi, üzgüçülük üzrə isə 8 ölkədən 100-ə yaxın idmançı mübarizə apardı.

Comments are closed