Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov yeni vəzifəyə təyin edildi

On iki il ərzində üzgüçülük üzrə milli komandamızın baş məşqçisi olmuş, bir sıra müvəffəqiyyətlər qazanmış təcrübəli mütəxəssis Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılaraq, fəaliyyətini Azərbaycan Üzgüçülük Federasiyasında müşavir kimi davam etdirəcək.

Azərbaycan İdman Akademiyasının professoru olan Rəşad Əbdürəhmanov həm istedadlı gənclərin aşkarlanmasına, həm milli komandanın inkişafına, eləcə də müxtəlif yaşlı üzgüçülərimiz tərəfindən beynəlxalq arenada qazanılmış uğurlara böyük töhfə verib.

ASF olaraq, Rəşad Əbdürəhmanova peşəkarlığına, fədakarlığına, ölkəmiz adına bütün nailiyyətlərinə görə təşəkkürümüzü bildiririk, karyerasının yeni mərhələsində bol-bol uğurlar arzulayırıq!

Comments are closed