Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə yarışların ikinci günündə Azərbaycan komandası daha bir uğura imza atıb.
Qadınlar arasında 4×200 metr məsafəyə sərbəst üsulla estafet yarışında milli komandamız bürünc medal qazanaraq, ölkəmizin medal sayını artırıb. Bu, üzgüçülük üzrə yarışlarda Azərbaycan millisinin ikinci medalı oldu.
Üzgüçülük yarışlarının ilk günündə Süleyman İsmayılzadə 1500 metr məsafə üzrə keçirilən final yarışında bürünc medala sahib olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilir. Yarışlarda 57 ölkədən 3000-dən çox idmançı müxtəlif idman növləri üzrə medallar uğrunda mübarizə aparır.





Comments are closed