Azərbaycan milli komandası İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurdu.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə Azərbaycan milli komandası uğurlu çıxışla yadda qalıb. Yarışları 3 medalla başa vuran yığmamız bu nəticə ilə İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açdı.
Milli komandamızın üzvləri aşağıdakı nəticələri göstəriblər:
Ramil Vəlizadə – 200 metr kəpənək üsulu – gümüş medal
Süleyman İsmayılzadə – 1500 metr sərbəst üsul – bürünc medal
Qadınların estafet komandası – 4×200 metr sərbəst üsul – bürünc medal
İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir ki, üzgüçülük üzrə milli komandamız bütün medalları Azərbaycan doğumlu idmançılar hesabına qazanır. Bu nəticə milli komandanın inkişafında mühüm mərhələ və yeni nəsil üzgüçülərimizin beynəlxalq arenada yüksəlişinin göstəricisidir.
Bundan əlavə, komandamızın üzvləri tərəfindən bir neçə şəxsi və ölkə rekordları da yenilənib. Növbəti xəbərlərdə bu barədə ətraflı məlumat paylaşılacaq.





Comments are closed