Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Azərbaycan üzgüçülük üzrə milli komandası Belarusda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın üzgüçülük üzrə milli komandası növbəti beynəlxalq turnirdə ölkəmizi təmsil etmək üçün Belarusa yola düşüb. 19–23 noyabr tarixlərində Minsk şəhərində keçiriləcək “Ən Güclü Atletlərin Üzgüçülük Kuboku”nda komandamız müxtəlif məsafələr üzrə çıxış edəcək.

Üzgüçülük üzrə milli komandamız növbəti yarış mövsümünə Minskdə start verir. Belarusun paytaxtında təşkil olunan və yüksək rəqabət səviyyəsi ilə seçilən “Ən Güclü Atletlərin Üzgüçülük Kuboku” bu il 19–23 noyabr 2025-ci il tarixlərində baş tutacaq.

Azərbaycanı yarışda aşağıdakı idmançılar təmsil edəcəklər:

  • Orxan Əliyev
  • Amin Oruclu
  • Ramal Sadıqlı
  • Səid Həmidov
  • Mehri Əbdürrəhmanlı
  • Məryəm Cavadova
  • Yeqor Maynistski
  • Rəşad Alquliyev
  • Fatimə Alkərəmova
  • Vlastilina Xasyanova
  • Anastasiya Boborıkina

Yarışlarda dünyanın müxtəlif ölkələrindən olan güclü idmançıları bir araya gətirəcək. Milli komandamızın üzvləri bu turnirdə həm təcrübələrini artırmaq, həm də mövsümün gələcək yarışlarına hazırlıq baxımından öz formalarını sınamaq imkanı əldə edəcəklər.

Comments are closed