Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Pyer Ləfonten Azərbaycan İdman Akademiyasında təqdimatla çıxış edib

Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru Pyer Ləfonten Azərbaycan İdman Akademiyasında keçirilən “Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans çərçivəsində idman federasiyaları nümayəndələri, akademiya rəhbərliyi və tələbələr qarşısında çıxış edib.

Pyer Ləfonten çıxışı zamanı Azərbaycanda üzgüçülük üzrə 2025-2036 milli strategiyasının formalaşdırılması, uşaq yaşlarından sağlam inkişaf, təhlükəsizlik və boğulmaların qarşısının alınması kimi əsas istiqamətləri diqqətə çatdırıb.
Təqdimatda həmçinin idmanda uzunmüddətli planlaşdırma, təhsil və texnologiyanın rolu, tərəfdaşlıq modelləri, məşqçi inkişafı, məktəblərlə əməkdaşlıq və idmançılar üçün daha güclü ekosistemin qurulması mövzularına toxunulub.
Pyer Lefonte üzgüçülüyün ölkəmizdə inkişafı üçün sağlam və aktiv həyat tərzinin təşviqinin, həmçinin sistemli yanaşmanın vacibliyini vurğulayıb.

Comments are closed