Tokyoda təşkil edilən XXV Yay Deflimpiya Oyunlarında Azərbaycan ilk dəfə üzgüçülük idman növündə təmsil olunub. Ölkəmizi yarışda Milanə Xəlilova təmsil edib.
İdmançı sərbəst üslubda 50, 100 və 200 m məsafələrdə çıxış edərək, hər üç məsafə üzrə şəxsi nəticələrini yaxşılaşdırmağa nail olub. Onun yeni göstəriciləri aşağıdakı kimidir:
- 50 m – 31.69
- 100 m – 1:12.90
- 200 m – 2:41.00
Qeyd edək ki, Tokyoda keçirilən Deflimpiya Oyunları Azərbaycan komandası üçün bir gümüş medalla əlamətdar olub. İlk dəfə iştirak etdiyimiz belə bir yarışda yeganə medalı komandamıza cüdo yarışlarında Coşqun Əliyev qazandırıb.





Comments are closed