Belarusda keçirilən “Ən Güclü Atletlərin Üzgüçülük Kuboku”nda iştirak edən üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri bir sıra yüksək nəticələr göstərərək həm şəxsi, həm də ölkə rekordlarını yeniləyiblər.
Amin Oruclu 1500 metr sərbəst üslubda 16:16.83 nəticə ilə “İdman ustası” normativini yerinə yetirib. Anastasiya Boborıkina 50 m brass üsulu üzrə 34.88 göstəricisi ilə Azərbaycan rekorduna imza atıb.
Fatimə Alkərəmova da uğurlu çıxış edib:
- 200 m qarışıq üsul – 2:20.15 (Azərbaycan rekordu)
- 400 m qarışıq üsul – 4:55.04 (şəxsi rekord)
- 100 m qarışıq üsul – 1:05.43 (Azərbaycan rekordu)
Vlastilina Xasyanova üç məsafədə ölkə rekordunu yeniləyib:
- 100 m arxasıüstə – 1:07.44
- 200 m arxasıüstə – 2:23.23
- 400 m sərbəst – 4:37.46 (şəxsi rekord)
Digər idmançıların nəticələri:
- Məryəm Cavadova – 50 m arxasıüstə: 31.47 (şəxsi rekord)
- Orxan Əliyev – 100 m sərbəst: 52.48 (şəxsi rekord)
- Rəşad Alquliyev – 100 m arxasıüstə estafet: 57.26 (şəxsi rekord)
- Ramal Sadıqlı – 400 m sərbəst: 4:06.58 (Azərbaycan rekordu, “İdman ustası” normativi); 200 m sərbəst: 1:58.20 (şəxsi rekord)
- Səid Həmidov – 200 m qarışıq: 2:05.85 (Azərbaycan rekordu); 100 metr qarışıq: 58.28 (şəxsi rekord)
- Yeqor Maynitski – 200 m brass: 2:14.27; 100 m brass: 1:04.40; 400 m qarışıq: 4:30.78 (hamısı şəxsi rekord)





Comments are closed