Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaybaycan milli komandasının üzvləri üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən maarifləndirici seminar keçirilib.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib. Bu cür seminarların üzgüçülərimizin bilik və maariflənmə səviyyəsinin artırılmasında böyük rolu olduğu qeyd edilib. Eyni zamanda, idmançılar üçün qadağan olunmuş maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc üzgüçülər maarifləndirilib. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub. Tədbirdə yığma üzvləri, məşqçi heyəti və federasiya nümayəndələri iştirak edib.









Comments are closed