Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

WA nümayəndələri Bakıya səfər ediblər

Dünya Su İdmanı Federasiyasının (World Aquatics) nümayəndələri Namhi Ço, Ben Haris və Vadim Axmadiyev Azərbaycana səfər ediblər. Məqsəd oktyabrda keçiriləcək “Silk Road Tour”un Bakı mərhələsinin hazırlıq prosesi ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ofisini ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin WA rəsmiləri yarışın keçiriləcəyi Bakı Su İdmanı Sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar.

Xatırladaq ki, 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “Silk Road Tour” Dünya Kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın Astana (15-17 oktyabr) şəhərlərində baş tutacaq.

Comments are closed