Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Xaliq İldırımzadə üzgüçülük üzrə milli komanda ilə görüşüb

Görüşdə ASF-nin baş katibi Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, həmçinin Federasiyanın əməkdaşları və məşqçi heyəti iştirak edib.

Müzakirə olunan əsas məsələlərdən biri komandanın hazırki vəziyyəti və gələcək planlar olub. ASF rəhbərliyinə qarşıdan qələn 3 əsas yarışa hazırlıq prosesilə bağlı ətraflı məlumat verilib. Bunlar Münhen şəhərində keçiriləcək U-18 Avropa Çempionatı (7-12 iyul), Bakı şəhərinin ev sahibliyi edəcəyi Dünya Kuboku (1-3 oktyabr) və Dakar şəhərində baş tutacaq Gənclərin Olimpiya Oyunlarıdır (31 oktyabr – 13 noyabr).

Bundan əlavə, üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü olmaq üçün meyarlar görüş iştirakçılarına təqdim edilib. Yenilənmiş sənəd tezliklə saytımızın “Sənədlər” bölməsində yerləşdiriləcək. Bu meyarlar yalnız hazırda ölkəmizi təmsil edən idmançılara deyil, həmçinin milli komandanın üzvü olmaq istəyən üzgüçülərə də şamil olunacaq.

Comments are closed