Üzgüçülük üzrə U-18 milli komandamız 10 günlük təlim-məşq toplanışı keçmək üçün Slovakiyanın Şamorin şəhərinə yollanıb. İdmançılarımız bu hazırlıq prosesindən dərhal sonra Almaniyanın Münhen şəhərində baş tutacaq Avropa Çempionatında (U-18) ölkəmizi təmsil edəcəklər.
Komandamızın heyətini sizə təqdim edirik:
Baş məşqçi: Luka Qabrilo
Məşqçilər: Ruslan Hətəmxanov, Rəşad Əliyev
İdmançılar: Anastasiya Qnusina, Yeqor Maynitskiy, Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Süleyman İsmayılzadə.
Milli komandamıza həm təlim-məşq toplanışında, həm də qarşıdan gələn mühüm Avropa Çempionatında uğurlar və qələbələr arzulayırıq!





Comments are closed