Suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandamız təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İzmir şəhərinə yollanıb. İdmançılarımız bu hazırlıq prosesindən dərhal sonra Bolqarıstanda keçiriləcək 13-cü Sofiya Suya Tullanma Kubokunda (“Sofia Diving Cup”) ölkəmizi təmsil edəcəklər.
Komandamızın heyətini sizə təqdim edirik:
Baş məşqçi: Anton Melnikov
Məşqçi: Angelina Melnikova
İdmançılarımız: Alisa Hacıyeva, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva, Muhəmməd Hüseynov, Sofiya Ağayeva, Suada Tahir.
Milli komandamıza həm təlim-məşq toplanışında, həm də qarşıdan gələn mühüm yarışda uğurlar və qələbələr arzulayırıq!




Comments are closed