Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

ASF-nin rəsmi maskotları artıq sizinlədir!

Azərbaycan üzgüçülük aləminin yeni simaları artıq sizinlədir.

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) öz maskotlarını təqdim edib.

Onlar sadəcə maskot deyil, üzgüçülüyün sevincini, enerjisini və suya olan sonsuz sevgini təcəssüm etdirirlər. Bu üç obraz ən kiçik həvəskarlardan peşəkar idmançılara qədər hər kəsi bir araya gətirən xüsusi simvollardır. Onlar uşaqlara və gənclərə üzgüçülüyü sevdirmək, suya marağı artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır. Hər biri suyun həyatımızdakı əhəmiyyətini və ona göstərməli olduğumuz qayğını xatırladır.

Biz hamımız hər bir damlanı qorumaqla təbiətimizi, gələcəyimizi və üzgüçülük sevincimizi yaşada bilərik. Gəlin suya olan sevgimizi yalnız hovuzlarda deyil, gündəlik həyatımızda da göstərək və bu dəyəri gələcək nəsillərə ötürək. Su həyatdır, Xəzərimizi birlikdə qoruyaq!

Qeyd edək ki, maskotlarımızla Dünya Kuboku çərçivəsində tanış olmaq mümkün olacaq. Üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kuboku 1-3 oktyabr tarixlərində Bakı Su İdmanı Sarayında keçirilir. Yarışda 44 ölkədən 216 idmançı iştirak edəcək. Biletləri iTicket.az platformasında və şəhərin kassalarında əldə etmək mümkündür.

Bu mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edəcək. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadiqli, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır.

ASF-nin tərəfdaşları: Botanica Residence, RCT, Universal Hospital, Bənövşə Aptek, Haval, Volvo, Maserati.

Comments are closed